RU

Valensiyada qarət iddia ilə 253 nəfər həbs edildi

Valensiyada qarət iddia ilə 253 nəfər həbs edildi

Oktyabrın 29-da İspaniyanın şərqindəki Valensiya bölgəsində baş verən daşqın fəlakətindən sonra talan hadisələrinə görə saxlanılanların sayının 253-ə yüksəldiyi bildirilib.Valensiyada axtarış-xilasetmə işləri və küçə və evlərin palçıqdan təmizlənməsi davam etsə də, bölgədəki təhlükəsizlik problemi hələ də həll edilməyib.Daxili İşlər Nazirliyinin məlumatına görə, fəlakət bölgəsi elan edilən Valensiyada 52-si son 24 saat ərzində olmaqla 253 nəfər tutulub, şübhəlilərdən 100-dən çoxu həbsxanaya göndərilib, digərləri polisin nəzarətində saxlanılır.Sel fəlakəti nəticəsində təkcə Valensiyada ölənlərin sayı 215-ə çatıb. Onlardan 167-nin şəxsiyyətinin müəyyən edildiyi açıqlanıb.Kastiliya-La-Mança, Əndəlüs bölgələrində və ölkə daxilində daşqınlarda həyatını itirənlərin sayı 223-ə yüksəlib, 78 nəfər isə hələ də itkin düşmüş hesab olunur.Mənbə: AA

Избранный
31
afn.az

1Источники