RU

Gürcüstanda təkrar seçkilər keçirilməyəcək -

Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentə təkrar seçkilərin olmayacağını bildirib. Metbuat.az xəbər verir ki, o, müxalifətin parlament seçkilərində pozuntuların olması ilə bağlı ittihamlarını rədd edib. Onun sözlərinə görə, saxtakarlıq faktlarını açıq şəkildə bəyan edən müxalifət liderləri prokurorluqla əməkdaşlıqdan imtina edir və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Qeyd edək ki, Gürcüstan MSK-nın məlumatına görə, ötən ay keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası qalib gəlib.

Избранный
16
7
metbuat.az

8Источники