9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Bakı Metropoliteni" QSC-dən isə verilən məlumatda noyabrın 6-dan 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olduğu bildirilib.
Metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.
Tarix: 9 Noyabr 2024, 09:38