RU

Rəsmi Tehrandan XƏBƏRDARLIQ: “Yaxın Şərqdəki müharibə digər bölgələrə də yayıla bilər”

“İran hər zaman Livana, müqavimət qüvvələrinə və müsəlman ölkələrinə dəstək olacaq”.

Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı danışıb.

Nazirin sözlərinə görə, Yaxın Şərqdəki müharibə Qərbi Asiyadan digər bölgələrə yayıla bilər.

“İsrail təcavüzkar siyasətini davam etdirməklə və beynəlxalq qanunları dəfələrlə pozmaqla nəinki regional təhlükəsizliyə xələl gətirib, həm də beynəlxalq sistemə ciddi təhlükə yaradıb”, - deyə Araqçı qeyd edib.

Xatırladaq ki, İsrailin oktyabrın sonlarında İrana endirdiyi zərbələrdən sonra Tehran rəsmiləri cavab tədbirlərinin görüləcəyini elan ediblər.

Bizim.Media

Избранный
40
39
bizim.media

10Источники