Noyabrın 9-da Azərbaycanın Moskvadakı səfirliyində səfir Rəhman Mustafayev Rusiya azərbaycanlılarının 30-dan çox regional təşkilatının rəhbərləri ilə görüşüb.
Görüş zamanı Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdığı aktual problemlər müzakirə edilib.
Tərəflər həmçinin iqtisadi və humanitar sahələrdə Azərbaycan – Rusiya layihələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi prosesində Azərbaycan icmasının rolunun artırılmasının vacibliyini vurğulayıblar./Publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта