RU

Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türk millətinin müstəqillik mübarizəsinin lideri, Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatının  ildönümüdür.

10 noyabr türk dünyası üçün yalnız bir anım günü deyil, həm də onun mirasının və fikirlərinin bir daha xatırlandığı, türk xalqının birliyini və bərabərliyini möhkəmləndirdiyi mənalı bir gündür.

Bakıvaxtı.az xatırladır ki, Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə anadan olmuş, Türk millətinin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış və 29 Oktyabr 1923-cü ildə Cümhuriyyətin elan edilməsinə nail olmuşdur. O, türk tarixində öz adını qızıl hərflərlə yazdırmış bir lider olaraq yalnız döyüşlərdə deyil, həm də hərtərəfli bir dövlət adamı olaraq türk xalqının həyatını dəyişdirmişdir.

Atatürk müasir və qabaqcıl bir dövlət qurmaq üçün bir çox islahat həyata keçirmiş, dövlətin siyasi, iqtisadi və sosial sahələrində inqilabi dəyişikliklərə imza atmışdır. Onun həyata keçirdiyi maarif, hüquq, dil, qadın hüquqları, təhsil və iqtisadi islahatlar türk millətinin dünya miqyasında mövqeyini gücləndirmişdir. 

Hər ilin 10 noyabr günü - saat 09:05-də Türkiyənin hər bir küncündə milyonlarla insan Atatürkü hörmət və minnətlə anmaq üçün bir dəqiqəlik sükutla yad edir. Bu ənənə Türk xalqının Atatürkə olan sonsuz sevgi və sədaqətinin bir simvoluna çevrilmişdir.

Bu gün Atatürkün vəfatından illəri keçsə də, onun irsi və fikirləri hələ də Türk millətinin yolunu işıqlandırmağa davam edir. Atatürk yalnız Türkiyə üçün deyil, bütün dünyada azadlıq, bərabərlik və ədalət prinsiplərinin təməlini atmış bir şəxsiyyət olaraq tarixdəki yerini tutmuşdur.

Türk xalqı Atatürkün qurduğu Cümhuriyyətin dəyərlərinə sahib çıxaraq, onun ideallarını yaşatmağı öz vəzifəsi hesab edir və onun qoyduğu irsə hər zaman hörmətlə yanaşır.

Atatürkü bu gündə bir daha yad edirik.

Əli Hüseynov

Избранный
46
bakivaxti.az

1Источники