RU

Tusk Ukraynada atəşkəs planının hazırlandığını açıqladı

Yaxın vaxtlarda Ukraynada döyüş bölgəsində atəşkəs təklifi gözlənilə bilər.

Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Polşanın baş naziri Donald Tusk mətbuat konfransı zamanı deyib.

“Biz çox tezliklə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayanda, potensial atəşkəs təkliflərini gözləyə bilərik”, – o qeyd edib.

Onun sözlərinə görə, Vaşinqtonun münaqişənin sülh yolu ilə həlli planı hazırlıq mərhələsindədir. Sənəddə təmas xətləri və Kiyev üçün zəmanətlər yer alacaq.

Polşanın baş naziri əlavə edib ki, ABŞ-nin qərarı Vaşinqtona Avropa ölkələri qarşısında bəzi öhdəliklərdən azad olmağa imkan verəcək.

Избранный
31
3
editor.az

4Источники