RU

Azərbaycan idmançılarından 4 medal

Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər.

Futbolpress.az xəbər verir ki, taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.
Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər.

Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.

Избранный
18
19
futbolpress.az

10Источники