RU

Almaniya müxalifətinin lideri Fridrix Merts ABŞ-ın yeni prezidenti Trampla razılığa gəlmək niyyətindədir

Almaniyada gözlənilən növbədənkənar seçkilər ərəfəsində müxalifət lideri Fridrix Merts ölkəsinin beynəlxalq imicini artırmaq üçün ABŞ-ın yeni prezidenti Donald Trampla razılığa gəlməyə çalışacağını bildirib.

Almaniyanın Xristian Demokratik Birlik Partiyasının rəhbəri Fridrix Merts “Stern” jurnalına müsahibəsində kansler Olaf Şoltsu “axsaq ördək” adlandırıb və üç partiyalı koalisiyanın dağılmasından sonra onu erkən seçkilərin vaxtını sürətləndirməyə çağırıb.

"Almaniyada biz heç vaxt öz maraqlarımızı kifayət qədər yaxşı müdafiə etməmişik və bunu dəyişdirməliyik",- deyə Merts bəyan edib.

Merts həmçinin Şoltsun ​ Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Kamala Harrisi dəstəkləməsini səhv adlandırıb.

Oxuməni.az

Избранный
25
5
oxumeni.az

10Источники