Yerə yaxın olan ikinci Ay tezliklə yenidən kosmosa uçacaq. Artıq onun yavaş-yavaş hərəkətə gəldiyi deyilir.
Azpost.info bildirir ki, 2024-cü ilin sentyabr ayının sonunda yer qısa bir müddət ərzində elm adamlarının “Mini-Ay” adlandırdıqları kiçik asteroidi, yəni “2024 PT5”-i, ikinci peyki əldə edib. Noyabr ayının ortalarında o, yer orbitini tamamilə tərk edib kosmosa çıxacaq.
Astronomlar bu asteroidi ilk dəfə avqust ayında əvvəl yavaş, daha sonra nisbətən sürətlə yerə doğru yaxınlaşanda görmüş və qeydə almışdılar. 29 sentyabr 2024-cü ildə bu “PT5” yerin qravitasiya cazibəsinə və təsir ərazisinə daxil oldu, həmçinin də müvəqqəti onun peykinə çevrildi.
Alimlərin fikrincə, belə kosmik obyektlər adətən orbitdə cəmi bir neçə həftə və ya bir neçə ay qala bilir. Lakin bu ilin noyabr ayında həmin asteroid tərpənəcək, yerin cazibə qüvvəsindən tamamilə azad olub günəş ətrafındakı öz orbitinə qayıdacaq.
“2024 PT5” adlanan “ikinci ay” asteroidi günəş ətrafında orbitlərə, yerə yaxın olan Arjuna asteroidlər qrupuna aiddir. Lakin belə müvəqqəti peyklərin tədqiqatı həm də elm adamlarına kosmosda hərəkətdə olan, eləcə də tez-tez yerini dəyişən bu potensial asteroid təhlükələrinə daha da yaxşı hazırlaşmaqda kömək edir. Alimlər bildirib ki, bu asteroid yerdə tapılmayan, ya da çox məhdud miqdarda olan mədən ehtiyatları üçün də böyük perspektivlər aça bilər.
Kiçik ölçüsü, məsafəsi səbəbindən “2024 PT5”-i hətta həvəskar teleskopla belə də aydın müşahidə etmək mümkün deyil.
Təxminən 11 metr diametrli bu “Mini-Ay” aydan nəzərəçarpacaq dərəcədə kiçikdir, onun diametri 3474 kilometrdir. Lakin bu asteroid indiyə qədər tədqiq olunur, həm də alimlərin böyük maraq dairəsindədir. Elm adamlarına görə bu cür obyektlərin əksəriyyəti günəş sistemindəki mövcud olan kiçik cisimləri çox yaxın məsafədən öyrənməyə də şərait yaradır.
Alimlərin sözlərinə görə yaxın gələcəkdə elmi məlumatların toplanması, həmçinin faydalı qazıntıların çıxarılması üçün belə peyklərə tədqiqat zondları göndəriləcək.
Oqtay Qorçu