Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) fövqəladə birgə sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedib. Məlumatı “Anadolu” verib.
Göyərtəsində Türkiyə dövlət başçısının olduğu özəl təyyarə Türkiyədən yerli vaxtla saat 08.45-də havaya qalxıb.
Türkiyə liderini Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin, Ədalət və İnkişaf Partiyasının sədr müavini Efkan Ala və digər səlahiyyətli şəxslər yola salıblar.
Səudiyyə Ərəbistanına səfər edən Türkiyə nümayəndə heyətinin tərkibinə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezident Administrasiyası yanında Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, o cümlədən Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın daxildir.
P.ƏMİRCANOV
XQ