RU

"Donuz" filmi son beş ilin ən yaxşı ekran əsəridir - Fotolar



Amerikalı məşhur rejissor, Hollivudun ən "qanlı" ekran əsərlərinin müəllifi Kventin Tarantino son 5 ilin ən yaxşı filmlərindən birinin adını açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Kventin Tarantinonun adını çəkdiyi həmin filmdə baş rolu Nikolas Keyc oynayıb.

Tarantino müxtəlif filmlər haqqında fikirlərini bölüşməyi çox sevir. Əfsanəvi rejissor bu dəfə kinoda və Hollivudda kifayət qədər tanınan rejissor həmkarından, yəni "Donuz" adlı ekran əsərini ərsəyə gətirən Maykl Sarnoskinin filminə həvəslə tamaşa etdikdən sonra öz təəssüratlarını bölüşüb. Tarantino həmin filmin son 5 ilin ən yaxşı filmlərindən biri olduğunu deyib.



Sözügedən film Nikolas Keycin iştirakı ilə çəkilib. Hollivud ulduzu bu filmdə baş rolda ifa edib. Filmin 2021-ci ilin ən yaxşı trilleri olduğunu deyirlər.

Filmdə süjet səhrada yaşayan ünsiyyətsiz bir adamdan bəhs edir. Onun yeganə yol yoldaşı və həmdəmi isə gəlir mənbəyinə çevrilən meşədə yer mantarı tapan, təlim keçmiş donuzdur. Lakin naməlum şəxslər bu heyvanı qaçırdıqda, qəhrəman köhnə bacarıqlarını xatırlamağa, daha sonra da şəhərə qayıtmağa məcbur olur.

Kventin Tarantino deyib: "Bu ekran əsəri məni heyran etdi. Bu, mənim son beş ildə gördüyüm ən yaxşı filmlərdən biri idi. Bu filmi lentə alan adam inanılmaz dərəcədə öldürücü bir iş görüb".



"World of Reel" nəşri xatırladır ki, Maykl Sarnoskinin rejissoru olduğu bu "Donuz" filmi tənqidçilərə görə, 2021-ci ilin 10 ən yaxşı filmi siyahısında azca yüksələ bilmiş və yeddinci yeri tuta bilmişdi. Hollivudun ulduz aktyoru Nikolas Keycin özü də film barədə deyib ki, onun əsas rolda çəkildiyi "Donuz" filmi, "Las-Veqası tərk edəndə" filmi ilə yanaşı durmağa layiqdir və bəlkə də həmin ekran əsərindən də üstündür.

Nikolas Keyc məhz "Donuz" filmini onun karyerasının ən yaxşı filmi adlandırmışdı.

Oqtay QORÇU

Избранный
17
reyting.az

1Источники