RU

Tramp Baydenin sərəncamlarını ləğv edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra ilk həftə ərzində sələfi Co Baydenin sərəncamlarını ləğv edəcək.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə respublikaçıların seçki kampaniyasının sözçüsü Kerolayn Livitt bunu “Fox News” telekanalına müsahibəsində bildirib.

“Donald Trampın ilk administrasiyasının effektiv siyasi kursundan uzaqlaşmaq üçün Prezident Co Bayden və vitse-prezident Kamala Harris tərəfindən imzalanan bütün sərəncamlar ləğvi olunacaq”, - o qeyd edib.

O cümlədən, söhbət Ağ Evin hazırkı sahibinin imzaladığı 94 sənəddən gedir.

“Bu sərəncamlar miqrasiya və iqtisadi böhrana səbəb olub”, - Livitt bildirib.

Избранный
21
50
demokrat.az

10Источники