RU

Hakimi döyən klub prezidenti həbs olundu – FOTO

“Ankaragücü” klubunun keçmiş prezidenti Faruk Koca həbs edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçda hakim Halil Umut Melərə hücum edən Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb.

Kocaya verilən cəzaların elanının təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Bu hadisələrdən sonra Koca paytaxt komandasındakı vəzifəsindən istefa verib.

 

Избранный
29
4
medianews.az

5Источники