ABŞ-də prezident seçkilərinin qalibi Donald Tramp Rusiya lideri Vladimir Putinə zəng etməyib. Bu barədə noyabrın 11-də keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
Bir gün əvvəl, noyabrın 10-da Amerikanın “The Washington Post” (WP) qəzeti Putin və Trampın guya telefon danışığı apardığını və orada Ukrayna münaqişəsinin həllini müzakirə etdiklərini yazıb.
“Bu, bəzən hətta kifayət qədər hörmətli nəşrlərdə dərc olunan məlumatların keyfiyyətinin ən bariz nümunəsidir. Bu, tamamilə doğru deyil. Bu, sırf uydurmadır, bu, sadəcə olaraq, yalan məlumatdır”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Noyabrın 10-da Peskov qeyd edib ki, indi ABŞ-nin Rusiya ilə dialoqa başlamaq üçün siqnalları kifayət qədər müsbətdir.
P.ƏMİRCANOV
XQ