RU

"SOCAR Green": "2050-ci ilədək havaya atılan emissiyaların həcmini sıfıra endirmək nəzərdə tutulub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"SOCAR neft-qazəsaslı müəssisə olmasına baxmayaraq, Paris Sazişində qəbul edilən qərarlardan sonra şirkətin əsas məqsədi qlobal istiləşmənin dərəcəsini 2° C-dən aşağı saxlamaqdır".
Bu sözləri Oxu.Az-a açıqlamasında "SOCAR Green"in elektrik işləri üzrə aparıcı mütəxəssisi Səbinə Əliyeva deyib.
O diqqətə çatdırıb ki, uzun illər elektrik enerjisi neftin və qazın yandırılması nəticəsində əldə olunub:
"Amma qazdan əldə edilən elektrik enerjisi təbiətə qismən ziyan vurduğundan, biz bundan yayınmağa çalışırıq. Bununla əlaqədar hazırda SOCAR-ın 2035 və 2050-ci il hədəfləri mövcuddur. 2035-ci ilə qədər əvvəlki temperaturu 2°C-dən aşağı səviyyədə məhdudlaşdırmaq real görünməsə də, 2050-ci ilədək havaya atılan emissiyaların həcmini sıfıra endirmək nəzərdə tutulub. Bunun üçünsə keçid dövrünün layihələri mövcuddur. Bu layihələrə daxildir: Günəş panelləri, külək turbinləri, həmçinin geotermal və biokütlə enerjisindən əldə edilən elektrik enerjisi".
Səbinə Əliyeva söyləyib ki, hazırda "SOCAR Green"lə paralel olaraq, "Azərenerji" və "Azərişıq" da öz elektrik şəbəkəsinin gücləndirilməsini yerinə yetirir:
"Məqsəd bizim istehsal edəcəyimiz elektrik enerjisinin "end user"lərə (sonuncu istifadəçilərə - red.) çatdırılmasını təmin etməkdir. Bizim artıq bu istiqamətdə Biləsuvarda, Neftçalada, Qaradağda, hətta işğaldan azad edilən Cəbrayıl rayonunun ərazisində elektrik enerjisi istehsal edən panellərimiz yerləşdirilib. Maraqlı tərəf isə həm də ondan ibarətdir ki, Biləsuvar və Neftçalada olan layihələrdə yerli əhali də işə cəlb ediləcək".
Şəhriyar Səmədov
Избранный
36
50
oxu.az

10Источники