RU

Lempard Çempionşipdə?

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempard məşqçi fəaliyyətini bərpa edə bilər.

İdman.biz xəbər verir ki, bir müddətdir işsiz qalan mütəxəssis “Koventri” ilə danışıqlara başlayıb.

Hazırda baş məşqçisiz qalan klubun rəhbərliyi Lempardı bu vəzifədə görmək istəyir. Səkkiz ilə yaxın müddətdə komandanı çalışdıran Mark Robinsin istefasından sonra sabiq “Çelsi”li bu posta əsas namizəddir.

Qeyd edək ki, “Koventri” Çempionşipin turnir cədvəlində 17-cidir.

İdman.biz

Избранный
13
idman.biz

1Источники