RU

Enerji təhlükəsizliyi aspekti çox vacibdir - Rafael Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla nüvə sazişi ilə bağlı danışıqlar aparacaq.

“İki sahil” xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində bildirib.

"Biz bununla Tehranda məşğul olacağıq, orada mən xarici işlər naziri və digər rəsmilərlə görüşlər keçirəcəyəm", - o bildirib və əlavə edib ki, İranla nüvə sazişi strateji əhəmiyyət daşıyır.

Qrossi, həmçinin Bakıda COP29-dakı müzakirələrə toxunub.

"Burada dövlətlərin siyasəti ilə çox sıx əlaqəli müəyyən qərarlar qəbul edilir. Buna görə də hesab edirəm ki, enerji təhlükəsizliyi aspekti çox vacibdir", - o qeyd edib.

Избранный
26
5
ikisahil.az

6Источники