Hollandiyada keçirilən parlament seçkilərində İslam əleyhdarı və ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Qert Vilders böyük fərqlə liderlik edir. Bunu ilk exit-poll məlumatları sübut edir.Gununsesi.info xəbər verir ki, səsvermənin ilkin nəticələri açıqlanandan sonra tərəfdarları qarşısında çıxış edən siyasətçi “Ölkəni biz idarə edəcəyik” deyib.Vildersin sözlərinə görə, Azadlıq Partiyası parlamentdə 35 yer qazanıb və indi onlarla hesablaşmaq lazım gələcək.“Biz hollandların yenidən birinci olmasını istəyirik və bunu təmin edəcəyik”, – deyə partiya lideri söz verib.İfrat sağçı partiyanın lideri NOS ictimai yayımına verdiyi müsahibədə əvvəlki açıqlamalarını yumşaltmağa çalışıb və etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, hamı üçün baş nazir olmaq istədiyini bildirib. Bundan əlavə, siyasətçi danışıqlar zamanı partiyanın koalisiya ilə bağlı razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.Dünən Hollandiyada parlament seçkiləri keçirilib. İlkin məlumatlara görə, Qert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası (PVV) parlamentdəki 150 yerdən 35-ni qazanıb.Gununsesi.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта