RU

Hakimi vuran Faruk Koca həbs cəzasına məhkum edildi

“Ankaragücü”nün sabiq prezidenti Faruk Koca 3 ittiham əsasında ümumilikdə 4 il 7 ay 12 gün müddətinə həbs cəzasına məhkum edilib.

Arena.az bu barədə “Anadolu” dərgisinə istinadən məlumat verir.

Faruk Koca “Ankaragücü” – “Rizəspor” oyununun sonunda baş hakim Halil Umut Melerə saldırdığı üçün cəzalandırılıb.

Məhkəmə, hadisə zamanı “Ankaragücü”nün prezidenti vəzifəsində olan Faruk Kocanın “idman meydanında ictimai vəzifəsini yerinə yetirən şəxsə sümüyünü sındırmaqla qəsdən xəsarət yetirmək” ittihamı üzrə 3 il 7 ay 22 gün həbs cəzası kəsib.

Məhkəmə Kocaya həmçinin “təhdid” maddəsi ilə 6 ay 20 gün həbs, “idmanda zorakılığın və asayişin qarşısının alınması haqqında qanunu pozmaq” maddəsi ilə 5 ay həbs cəzası verib və bu cinayətlərə görə müvafiq iki hökmün elan edilməsini təxirə salıb.

Xatırladaq ki, Koca bir neçə nəfərlə qaçaraq meydana daxil olmuş, hakimə yumruq ataraq yerə sərmiş, sonra naməlum şəxslər hakimi daha bir neçə dəfə təpikləmişdilər. Daha sonra Koca və hadisənin daha üç iştirakçısı dövlət məmuruna saldırmaq ittihamı ilə həbs edilmişdi. O vaxt “Ankaragücü” prezidentinin özü bu ittihamla razılaşmadığını bildirmişdi. Daha sonra Faruk Koca döyüb şil-küt etdiyi Halil Umut Melerdən üzr istəmiş və istefa vermişdi.

Vurğulayaq ki, Koca ilə bağlı bu biabırçı hadisə ölkədə böyük səs-küyə səbəb olub. Türkiyə Futbol Federasiyası (TFF) hakimə hücuma görə çempionatı bir müddət dayandırmalı olmuşdu.

Избранный
42
arena.az

1Источники