RU

Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı ilə birgə müəssisənin yaradılması yekun mərhələdədir - Rumıniyanın energetika naziri

Bakı, TurkicWorld

Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı ilə birgə müəssisənin yaradılması yekun mərhələdədir.

TurkicWorld xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündə bildirib.

"Birgə müəssisənin yaradılması yekun mərhələdədir. Bildiyimə görə, nizamnamə üzrə müzakirələr demək olar ki, tamamlanıb. Son töhfələr əldə edildikdən sonra sənədləri ticarət reyestrinə təqdim edə biləcəyik. Rumıniyada Rəqabət Şurası ilə geniş məsləhətləşmələr aparmışıq, çünki qanunvericiliyə əsasən, onlar Aİ-dən kənar xarici investisiyaları yoxlamalıdırlar. Hazırda irəliləmək üçün hüquqi icazəmiz var – bu mərhələni uğurla keçmişik. İndi, nizamnamə üzərində iş tamamlandıqdan sonra elektrik ötürmə operatorumuz hər tərəfin təqdim etməli olduğu sənədlərin siyahısını göndərəcək. Bu sənədlər, məsələn, biznesin qeydiyyatı, maliyyə təsdiqi və digər məlumatları əhatə edir", - o qeyd edib.

Избранный
17
3
turkic.world

5Источники