RU

Tacikistan nümayəndəsi: COP29-un təcrübəsi iqlim dəyişikliyi ilə mübarizədə bizim üçün faydalı olacaq

Mən ilk dəfədir ki, COP tədbirində iştirak edirəm. Azərbaycan bizi ən yüksək səviyyədə qarşıladı. Biz Tacikistanın buzlaqları haqqında danışmaq üçün buradayıq və bu sahədə müxtəlif seminarlara hazırlaşırıq. Həmçinin iqlim dəyişikliyi ilə bağlı seminarlarımız olacaq. Müxtəlif təşkilatlarla çoxlu görüşlərimiz də olur.

 
Bu sözləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçısı, Tacikistanın Hidrometeorologiya Mərkəzinin rəhbəri Pərvina Saidçamolova deyib.
 
“Biz COP29-da iqlim dəyişikliyinə uyğunlaşma, iqlim dəyişikliyinin təsirinin minimuma endirilməsi və fəlakətlərin azaldılması ilə bağlı müxtəlif şərhlər alacağımızı gözləyirik. Planlarımız çoxdur. Biz ikitərəfli görüşlər keçirmək, həmçinin iqlim dəyişikliyi və buzlaqların əriməsi ilə bağlı memorandum imzalamaq istəyirik. Bu, Tacikistan üçün böyük əhəmiyyət kəsb edir. Bilirik ki, iqlim dəyişir, temperatur yüksəlir və buna hazır olmalıyıq. Burada əldə edəcəyimiz təcrübə bu istiqamətdə gələcək addımlarımızda bizə kömək edəcək”, -deyə agentliyin həmsöhbəti qeyd edib.
 
Azərbaycan-Tacikistan münasibətlərindən danışan Saidçamolova iki xalq arasında dostluğun əsrlərboyu davam etdiyini vurğulayıb. “Biz hidrometeorologiya sahəsində azərbaycanlı tərəfdaşlarla birgə işləyirik. Bu yaxınlarda Tacikistanda tədbir keçirdik, orada azərbaycanlı meteoroloqlar, hidroloqlar da iştirak etdilər. Gələcəkdə iqlim dəyişikliyi, təbii fəlakətlər, hava proqnozu ilə bağlı layihələrdə əməkdaşlıq etmək istəyirik”, - deyə ekspert əlavə edib.
 
Azərtac
Избранный
20
1
yenilik.az

2Источники