RU

Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan etdi

Image

Biz iqlim dəyişikliyinin mənfi nəticələrinin dərindən hiss olunduğu ölkələr sırasındayıq. Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 Lider Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, 2053-cü il hamımızın sıfır karbon emissiyasına çatacağımız bir il olacaq və bunun mümkün olması üçün biz yaşıl transformasiya və inkişaf üçün əsas sektorlarımızı formalaşdırırıq.

"Bu uğurlu təşkilata və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi xüsusilə təbrik edirəm. Biz 2024-2030-cu illəri əhatə edən iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma strategiyası fəaliyyət planlarımızı həyata keçirmişik. Birləşmiş Millətlər Təşkilatının 2026-cı il İqlim Dəyişikliyi Tərəflərinin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyimizi elan etdik.Namizədliyimizi dəstəkləyən ölkələrə təşəkkür edirik. Bu mühüm zirvə görüşü münasibətilə əziz qardaşım İlham Əliyevi ürəkdən təbrik edirəm", - Ərdoğan bildirib.





Избранный
43
7
baki-xeber.com

10Источники