RU

Lukaşenko COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyət təkliflərini səsləndirib

Bakı. Trend:

Bakıda keçirilən COP29 sammitində Belarus Prezidenti AleksandrLukaşenko iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyəttəkliflərini səsləndirib.

Trend xəbərverir ki, dövlət başçısının qeyd etdiyinə görə, bu və digəristiqamətlər beynəlxalq səylərin birləşməsini tələb edir. “Bu,sözdə deyil, əməldə olmalıdır. Sözdən hərəkətə keçməyin vaxtıdır.Ödəməli olanlar isə ödəməlidirlər, öz kabinetlərindəoturmamalıdırlar”, - deyə Belarus lideri vurğulayıb.

Prezident bildirib ki, iqlim dəyişib və bu, artıq obyektivreallıqdır. “Buna görə də əsas vəzifə dəyişmiş şərtləri nəzərəalaraq milli iqtisadiyyatların, ilk növbədə, kənd təsərrüfatınınyenidən qurulmasıdır, yeni şəraitə uyğunlaşdırılmasıdır”, - deyə obildirib.

Aleksandr Lukaşenko Belarusun bu məsələdə aktiv fəaliyyətgöstərdiyini və öz təcrübəsini bölüşməyə hazır olduğunuvurğulayıb.

Dövlət başçısı inkişaf etməkdə olan ölkələrin milli maraqlarınaxələl gətirmədən, onların yaşıl texnologiyalara bərabər çıxış əldəetmələrinə köməklik göstərməyə çağırıb: “Elə etmək ki, onlar buyardım nəticəsində əsarətə düşməsinlər. Beynəlxalq texnologiyaticarətinə, innovasiya və ən yaxşı təcrübələrin mübadiləsinə maneolan hər şey ləğv edilməlidir”.

Aleksandr Lukaşenkonun sözlərinə görə, dünya artıq ekolojicəhətdən yeni təmiz alternativ məhsulların heç də az ziyanvurmadığı bir vəziyyətlə üzləşib. “Obyektiv olaraq, biziminnovasiyanın müəyyən bir məhsulunun bütün həyat dövrü ərzindəətraf mühitə potensial təsirini hərtərəfli qiymətləndirmək üçünyeni yanaşmalara ehtiyacımız var”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
23
5
az.trend.az

10Источники