RU

Konqo Prezidenti: Əsas məqsədimiz COP29-da yeni təşəbbüsləri gündəmə gətirməkdir

Əsas məqsədimiz COP29 çərçivəsində Afrika regionunu təmsil edən 15 dövlətin başçıları və rəsmiləri ilə müzakirələrdə dünya miqyaslı yeni təşəbbüsləri gündəmə gətirməkdən ibarətdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu COP29-un Mavi Zonasında yerləşən Konqo Milli pavilyonunda çıxış edən həmin ölkənin Prezidenti Deni Sassu-Nqesso söyləyib.

O, eyni zamanda ölkəsinin bütün regionlarının yaşıl şəhər konsepsiyasına uyğunlaşdırılacağını sözlərinə əlavə edib: “Mən artıq bu barədə müvafiq göstərişlər vermişəm. Digər bir tərəfdən insanlar, xüsusilə gənclər əkilən bütün ağaclara həssas yanaşmalıdır".

Konqo Milli Pavilyonunda COP29 çərçivəsində bir sıra nəhəng tədbirlərin təşkili ilə bu məsələyə diqqət çəkmək istədiklərini deyən Konqo lideri vurğulayıb ki, hökumət təbii ehtiyatların yaşıllaşmanın inkişafına töhfə verməsinə çalışacaq.

Избранный
16
5
operativmm.az

6Источники