RU

Dörd dəfə “Qarabağ”ın oyununu idarə etmiş hakim Azərbaycan millisinin görüşünə təyinat alıb

Bakı. Trend:

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının CDivizionunda Estoniya yığması ilə keçirəcəyi V tur oyununun hakimtəyinatları açıqlanıb.

Trend xəbər verir ki, Qəbələşəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olanhakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Con Biton olacaq. Bu referi daha əvvəl 4 dəfə“Qarabağ”ın avrokubok oyunlarını, bir dəfə Azərbaycanın U-19, birdəfə isə U-21 yığmasının oyunlarına təyinat alıb. O, sonuncu dəfəAğdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsinin III turundaBakıda “Ayaks”a 0:3 hesabı ilə uduzduğu matçda iş başında olub. 42yaşlı referi həmin qarşılaşmada “Qarabağ”ın 2 futbolçusuna – JulioRomao ilə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.

Azərbaycan – Estoniya oyununda C.Bitona yan xətt hakimləriDaniel Makfarleyn və Devid Makqiçi kömək edəcəklər. Dördüncü hakimfunksiyasını Metyu Makdörmid yerinə yetirəcək.

VAR hakimi Endryu Dallas, onun köməkçisi Nikolas Uolş olacaq.Hakimlərin işinə albaniyalı Albano Yanko qiymət verəcək. UEFAnümayəndəsi polşalı Eva Qayevska təyin edilib.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionundakeçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Избранный
10
8
az.trend.az

10Источники