RU

"Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib"- CEO iqlim liderləri alyansının həmsədri

Image

COP29 kimi böyük və vacib bir tədbiri qısa müddətdə planlaşdırmağın nə qədər ağır yük olduğunu bilirik və Azərbaycan bunun öhdəsindən gəlib.

Trend xəbər verir ki, bu barədə COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində keçirilən “Əməkdaşlığın gücü: xalis sıfır üçün birləşdirici qüvvələr” adlı plenar sessiyada çıxışı zamanı “Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO iqlim liderləri alyansının həmsədri Riç Lesser deyib.

O qeyd edib ki, hər kəs bütün bu tədbirin təşkili keyfiyyətindən çox təsirləndi.

“Düşünürəm ki, bütün qlobal iqlim icması bunun üçün dərin minnətdarlıq hiss edir”,- deyə o bildirib.

İqlim maliyyəsindən bəhs edən R.Lesser qeyd edib ki, maliyyə gündəmini milyardlarlardan,trilyonlara qədər genişləndirməliyik.

“Hökumətlərin təkbaşına öz ölkələrinə və ya bir-birlərinə bu səviyyədə maliyyə təmin edə bilməsi mümkün deyil. Mənə görə COP29-un başlanması, nəhayət, 6.4-cü maddənin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş iqlim maliyyəsinə təsir edə bilər”, -deyə o bildirib.





Избранный
23
4
baki-xeber.com

7Источники