RU

ÜTT-nin baş direktoru: İqlim maliyyələşdirilməsi üçün səmərəsiz subsidiyalar azaldılmalıdır

Karbon qiymətini yarada bilsək, ondan gələn bəzi resurslar resursları olmayan inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin maliyyələşdirilməsinə sərf edilə bilər.

APA xəbər verir ki, bu barədə COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində keçirilən “Əməkdaşlığın gücü: xalis sıfır üçün birləşdirici qüvvələr” adlı plenar sessiyada çıxışı zamanı Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala deyib.

“Qeyd etmək istədiyim ikinci maliyyələşdirmə 1,2 -1,4 trilyon dollar arasında qalıq yanacaq subsidiyalardır. Həmçinin, səmərəli olmayan kənd təsərrüfatı subsidiyaları var. Bizim okeanlarımızı tükəndirən 22 milyard dollarlıq zərərli balıqçılıq subsidiyalarını mərhələli şəkildə dayandırmaq barədə razılaşmamız var. Bu subsidiyanı mərhələli şəkildə ləğv etmək siyasi baxımdan olduqca çətin olduğu üçün heç kim maliyyələşdirmə haqqında danışmaq istəmir. Biz bu subsidiyaların üçdə birini azad edə bilsək, hətta bizdə olan iqlim məqsədlərini maliyyələşdirmək üçün yenidən təyin edə bilsək, bu çox səmərəli ola bilər”, - deyə ÜTT-nin baş direktoru əlavə edib.

Избранный
164
apa.az

1Источники