RU

BMT Baş katibinin müavini COP29 konfransının əhəmiyyətindən bəhs edib

“COP29 ədalətli enerji keçidinə nail olmaq və inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının təcili ehtiyaclarını qarşılamaq üçün mühüm fürsət təqdim edir”.

“İki sahil” xəbər verir ki, bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT Baş katibinin müavini, ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi Rabab Fatimə deyib.

BMT-nin ali nümayəndəsi COP29 çərçivəsində az inkişaf etmiş ölkələrə təsir edən problemlərin həllinin istiqamətində irəliləyiş əldə ediləcəyinə inanır:

“Prioritetlərdən ən önəmlisi iqlim maliyyəsidir. Konfransın da əsas məqsədlərindən biri də ehtiyac sahibi olan ölkələrə iqlimlə bağlı ildə 100 milyard dollarlıq yardımın göstərilməsidir. Bakıda biz iqlim maliyyəsi üzrə yeni məqsədə nail olunacağını gözləyirik. Bununla yanaşı biz iqlim maliyyəsi arxitekturasında islahatların aparılmasını müdafiə edirik. Buna nail olmaq həm mövcud vəziyyət, həm də gələcək üçün vacibdir”.

BMT rəsmisi əlavə edib ki, COP29 çərçivəsində irəliləyişin əldə olunması gözlənilən digər vacib bir məsələ isə İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondunun fəaliyyətə başlaması ilə bağlıdır:

“Xüsusilə COP28-də əldə olunan konsensusdan sonra, İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondunun tam fəaliyyət göstərməsi bizim üçün prioritetdir və biz Bakıda bu istiqamətdə daha da irəliləyiş gözləyirik. Bu fond iqlimlə bağlı itkilərdən ən çox zərər çəkən ölkələrə vaxtında yardım göstərmək, qlobal həmrəyliyi və iqlim ədalətini gücləndirmək üçün çox vacibdir. Bakıda COP29 təşəbbüslərini dəstəkləmək üçün Azərbaycan hökuməti ilə birgə tədbirlər həyata keçiririk. Biz ədalətli, inklüziv və iddialı iqlim gündəmi üçün səy göstərərək, COP29-un uğurlu nəticələri üçün çalışacıq”.

Избранный
89
2
ikisahil.az

4Источники