RU

“Tesla” 2 mindən çox “Cybertruck”ı - Geri çağırdı

ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” 2 min 431 “Cybertruck” avtomobilini geri çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Sözügedən qərarın 6 noyabr 2023-cü il və 30 iyul 2024-cü il tarixləri arasında istehsal edilən bəzi “Cybertruck” avtomobillərini əhatə etdiyi bildirilib.

Avtomobillərin invertordakı nasazlıq səbəbindən geri çağırıldığı qeyd edilib. Beləliklə son qərar da daxil olmaqla, “Tesla”nın “Cybertruck” avtomobili bu il altıncı dəfə geri çağırılıb.

Qeyd edək ki, oktyabrda “Tesla” arxa görüntü kamerasındakı problemə görə ABŞ-də 27 mindən çox “Cybertruck” avtomobilini geri çağıracağını açıqlamışdı.

Избранный
75
3
qafqazinfo.az

7Источники