RU

Dünya Bankı iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard dollar ayırmağı planlaşdırır

Bakı. Trend:

Dünya Bankı qarşıdakı 10 il ərzində iqlim layihələrinimaliyyələşdirmək üçün 150 milyard ABŞ dolları ayırmağıplanlaşdırır.

Trend xəbər verir ki, bunuDünya Bankının Davamlı İnkişaf üzrə vitse-prezidenti Yurqen Föqel“Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsiningenişləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı bildirib.

“Dünya Bankı qarşıdakı 10 ildə iqlim layihələrininmaliyyələşdirilməsi üçün 150 milyard ABŞ dolları ayırmağıplanlaşdırır. İnkişaf etməkdə olan ölkələrə 2030-cu ilədək karbonqazı emissiyalarını azaltmaq və gələcək risklərə hazırlaşmaq üçünillik 2,4 trilyon dollar lazım olacaq. Ölkələr, insanlar,iqtisadiyyatlar və şirkətlər çətin dövrlərdən keçirlər. Buna görədə hərəkətə keçməliyik. Bu, Dünya Bankı adından mənim mesajım olabilər.

Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞdolları ayırdıq. Bu, iqlim maliyyələşdirilməsi baxımından digərfondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyükdəstəkdir. Dünya Bankı iqlim dəyişikliyinə davamlı borc şərtlərikimi yeni alətlər tətbiq edib. Ölkələr, xüsusilə kiçik adadövlətləri, fəlakətlərlə qarşılaşdıqları zaman, həqiqətən, köməyəehtiyac duyurlar. Hazırda 14 ölkə ilə sazişlərimiz var. Bu ölkələrfəlakətlə qarşılaşdıqları halda borc ödənişlərini təxirə sala və yaazalda biləcəklər. Bu, böyük dəstək göstərir”, – deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
71
az.trend.az

1Источники