RU

İstanbul hava limanında sərnişindaşıma 67 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin oktyabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 67 milyon 530 min 932 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz azalaraq, 14 milyon 702 min 188 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 52 milyon 828 min 744 nəfər təşkil edib.

2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 2 milyon 694 min 863 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 187 min 660 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 14 faiz artaraq, 2 milyon 507 min 863 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 4 faiz artaraq, 426 min 311 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz azalaraq, 97 min 928, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 328 min 383 olub.

Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Избранный
82
18
turkic.world

10Источники