RU

“Həyata keçirilsəydi qəzaların sayını 30 faiz azaltmaq mümkün olardı”

Son illərdə yol nəqliyyat hadisələrinin sayı ölkəmizdə ciddi narahatlıq yaradır. Hər bir yol qəzası təkcə maddi itkilərlə nəticələnmir, eyni zamanda insanların həyatına və sağlamlığına da ciddi ziyan vurur. Statistik göstəricilər onu deyir ki, yol nəqliyyat hadisələrinin baş verməsində əsas rol, yol hərəkəti iştirakçılarının qaydalara riayət etməməsi ilə bağlıdır. Bu, həm sürücülərin, həm də piyadaların məsuliyyətsiz davranışlarından qaynaqlanır. Nəticədə təkrarlanan qəzalar təhlükəsizlik məsələsini gündəmə gətirir və bu sahədə ciddi islahatların aparılmasına ehtiyac olduğunu göstərir.

Bəs yol hərəkət qaydalarının əsas səbəbi nədir, necə azalda bilərik?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov açıqlama verib.

O bildirib ki, yol nəqliyyat hadisələrinin əsas səbəbləri ən çox yol hərəkəti iştirakçılarının öz davranışları ilə bağlıdır. Bu, həm sürücülərin, həm də piyadaların qaydalara riayət etməməsi ilə əlaqəlidir. Məsələn, piyadaların qadağan olunmuş yollardan keçməsi və sürücülərin manevr qaydalarını pozması, sürət həddinin aşılması tez-tez qəzaların baş verməsinə səbəb olur.

“Qəzaların baş verməsinin əsas səbəbi əksər hallarda sürücülər tərəfindən törədilən səhvlərdir. Bununla yanaşı ölkəmizdə yol nəqliyyat hadisələrinin sayının azalması məqsədilə 2018-ci ildə dövlət proqramı hazırlanıb. Bu proqram 2019-2023-cü illəri əhatə edib və yol təhlükəsizliyinin artırılması məqsədi daşıyıb. Lakin təəssüf ki, bu proqramın bir çox maddələri hələ də həyata keçirilməyib. Nəticə olaraq, yol nəqliyyat hadisələrinin sayı hələ də yüksəkdir”.

Ekspert onu da əlavə edib ki,  əgər proqram tam şəkildə həyata keçirilsəydi, ölkəmizdə baş verən qəzaların sayını ən azı 30 faiz azaltmaq mümkün olardı.

“Bununla yanaşı, yol nəqliyyat hadisələrinin azalması üçün ilk növbədə sürücülük məktəblərinin fəaliyyətinə xüsusi diqqət yetirilməlidir. Müxtəlif formal xarakterli sürücülük kurslarının ciddi nəzarətə götürülməsi vacibdir. Bu, sürücülərin yalnız nəzəriyyə ilə deyil, həm də praktikada düzgün davranış və təhlükəsiz sürmə bacarıqları qazanmasına kömək edər”.

Избранный
21
2
nocomment.az

3Источники