RU

Serdar Ortaçın sosial media hesabları bağlanılıb

İstanbul Respublika Baş Prokurorluğu qanunsuz mərc oynamağı təşviq etmə iddiası ilə bağlı aparılan istintaq çərçivəsində aralarında sosial media fenomenləri və bəzi məşhur adların da olduğu 23 şübhəli haqqında həbs qərarı çıxarıb.

Kulis.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu ev dustaqlığı şərti ilə azadlığa buraxılan müğənni Serdar Ortaçın sosial media hesablarına girişi bağlayıb.

Dünən Erbil və Ortaçla bağlı verilən qərara “qaçma şübhələri var” səbəbi ilə etiraz edən İstanbul Respublika Baş Prokurorluğu Ortaç və Erbilin həbsini istəyib. Lakin 15-ci İnstansiya Məhkəməsi bu tələbi rədd edib.

Bu arada müğənni Serdar Ortaç da daxil olmaqla 6 şübhəlinin sosial media hesablarına giriş bağlanıb.

Избранный
42
kulis.az

1Источники