İsmaili-Nizari icmasının imamı III Ağa Xanın oğlu Şahzadə Sədruddin Ağa Xanın Cartier broşundan olan zümrüd hərracda satılıb və yeni dəyər rekordu müəyyənləşdirib.
Brilyantlarla bəzədilmiş zümrüd broş rekord məbləğə 9 milyon dollara alınıb. Beləliklə, Sədrəddin Ağa Xanın zümrüdü dünyanın ən bahalı yaşıl daşı oldu. Mütəxəssislər zümrüdün qeyri-adi formasını qeyd ediblər: o, nazik və düzdür. Bunun adətən daşın rənginə mənfi təsir etdiyi vurğulanır, lakin şahzadənin zinət əşyaları hələ də yaşıl rəngə malikdir.
Məhəmməd peyğəmbərin birbaşa nəslindən sayılan Sadruddin Ağa Xan 1960-cı ildə nişanlısı Nina Şeyla Qyora üçün Cartier əsəri sifariş verib. Onun istəyi ilə broşun içinə 37 karatlıq zümrüd və 20 xüsusi kəsilmiş “Marquise” brilyant taxılıb.
1969-cu ildə Gyora heyvanlara kömək etmək və vəsait toplamaq üçün zümrüdü hərraca çıxardı. Onu Fransanın “Van Cleef & Arpels” zərgərlik şirkəti 580 min İsveçrə frankına alıb. Bir neçə il sonra qiymətli daş Brilyantların Kralı ləqəbli Harri Uinstonun əlinə keçdi. O, broşdan kulon düzəltdi. 2024-cü ilin noyabrında Sədruddin Ağa Xanın hədiyyəsi yenidən hərracda göründü.
Əziz Mustafa