RU

Politoloq: Bundan sonra Ermənistanın COP29-a qatılıb-qatılmanasının bir mənası yoxdur...

COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib, amma onlar dəvəti qəbul etmədilər...

Samir Hümbətov: “Ermənistan manipulyasiya etdiyini göstərdi. Azərbaycan tərəfi rəsmi elan etdi ki, onlar Ermənistana rəsmi məktub göndərib, amma onlar qəbul etməyiblər”.

Ermənistanın atdığı addımlar məhz Azərbaycanı təxribata çəkmək, beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı aşağılamaq istəyindən irəli gəlir. Görünən bundan ibarətdir”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın COP29-da iştirak etməməsini Poliqon-a şərh edərkən qeyd edib.

COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil.

Bəs, Ermənistan son günə qədər COP29 tədbirinə qatıla bilər və bunun hansı şərtlərdə reallaşması mümkündür?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib

Samir Hümbətov: “İrəvan Azərbaycanı gözdən salmaq üçün bu cür manipulyasiyalara gedir”.

Sülh danışıqlarının tamam başqa anlayışı ifadə etdiyini qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan indiki halda hərbi cinayətkarların Bakıda həbsini özünə bəhanə gətirməyə çalışır:

“Bundan sonra Ermənistanın COP29-a qatılıb-qatılmanasının bir mənası yoxdur. Çünki əsas liderlər səviyyəsinə qatılmaq idi, Ermənistan da burada iştirak etmədi. Ermənistan manipulyasiya etdiyini göstərdi. Azərbaycan tərəfi rəsmi elan etdi ki, onlar Ermənistana rəsmi məktub göndərib, amma onlar qəbul etməyiblər.

Əslində aydın oldu ki, Ermənistanın məqsədi beynəlxalq ictimaiyyət ilə manipulyasiya etmək idi. İrəvan Azərbaycanı gözdən salmaq üçün bu cür manipulyasiyalara gedir. Ermənistanın atdığı addımlar da məhz Azərbaycanı təxribata çəkmək, beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı aşağılamaq istəyindən irəli gəlir. Görünən bundan ibarətdir.

Samir Hümbətov: “Azərbaycan dövlətinin tam haqqıdır onları mühakimə etmək. Bu barədə Azərbaycan dövlətinə şərt qoymağın hər hansı mənası yoxdur”.

Bu baxımdan, düşünürəm ki, Ermənistanın bundan sonra COP29-da iştirakı mənasızdır. Amma hər halda gəlsə belə, elə də ciddi dəyişiklik olmayacaq. Ermənistan deyir guya onların hərbi əsirləri bizdə var. Amma faktiki olaraq, onlar diversantdırlar, Azərbaycan sərhədini pozublar və Azərbaycan qanunları ilə mühakimə olunurlar. Azərbaycan dövlətinin tam haqqıdır onları mühakimə etmək. Bu barədə Azərbaycan dövlətinə şərt qoymağın hər hansı mənası yoxdur.

Sülh danışıqları tamam başqa anlayışı ifadə edir. Buna görə hesab edirəm ki, Ermənistan indiki halda hərbi əsirləri özünə bəhanə gətirməyə çalışır”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
25
poliqon.info

1Источники