Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan Fransanın “Lion” klubu çətin durumdadır.
Bizim.Media “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, klubun maliyyə vəziyyəti mənfi vəziyyətdədir.
Artıq cümə günü "Lion"un sahibləri DNCG-yə (Fransada peşəkar futbol klublarının hesablarının monitorinqi və nəzarətindən məsul olan təşkilat) hesabat təqdim edəcəklər.
Klub xəzinəni doldurmaq üçün müxtəlif addımlara, o cümlədən 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin “Kristal Pelas” klubuna satılmasına, həmçinin bir sıra futbolçuların satılacağına ümid edir. "Qarabağ" - "Lion" matçı noyabrın 28-də, Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта