RU

Axısqa türklərinə dəstək verməyə davam edəcəyik - Fidan

Bakı, TurkicWorld

Axısqa Türklərinə hər cür dəstəyi verməyə davam edəcəyik.

TurkicWorld xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Axısqa türklərinin sürgün edilmələrinin ildönümü ilə bağlı paylaşım edib.

Edilən paylaşımda onların kimliklərini qorumaları üçün dəstək veriləcəyi bildirilib.

Nazir Fidan, təxminən 100 min Axısqa türkünün 14 noyabr 1944-cü ildə Gürcüstanın Axısqa bölgəsindən sürgün edildiyini xatırladıb və bu sürgün zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyib.

Fidan, Axısqa türklərinin ana vətənlərinə dönmələrini dəstəklədiklərini və onların hüquqlarının Avropa Şurası başda olmaqla, beynəlxalq platformalarda və Gürcüstan hakimiyyəti qarşısında daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Nazir, Gürcüstandakı Axısqa ailələrinin ehtiyaclarını qarşılamaq üçün müxtəlif layihələr həyata keçirdiklərini və Axısqa gənclərinə təhsil təqaüdləri verdiklərini bildirib.

Fidan həmçinin bir çox Axısqalının vətəndaşlıq və uzunmüddətli yaşayış icazəsi ilə təmin edildiyini, Rusya-Ukrayna müharibəsinin başlaması ilə çətin vəziyyətdə qalan Axısqalıların Türkiyəyə təhlükəsiz şəkildə çatdırılmasında köməklik göstərildiyini vurğulayıb.

Избранный
47
turkic.world

1Источники