RU

Pakistan ilk dəfə iqlim maliyyəsi üzrə strategiyasını elan edib

Pakistan ölkə tarixində ilk dəfə olaraq iqlim maliyyəsi üzrə 2030-cu ilədək reallaşdırılacaq yeni strategiyasını elan edib.

APA-nın məlumatına görə, strategiya barədə danışan adıçəkilən ölkənin baş nazirinin iqlim məsələləri üzrə müşaviri Romina Xurşid Aləm milli pavilyonda keçirilən tədbir zamanı məlumat verib.

O, çıxışında analoji strategiyanın dayanıqlı və iqlim dəyişikliyinə mane olmağa əsaslanan elementlərdən ibarət olduğunu açıqlayıb.

R. Aləm onu da əlavə edib ki, iqlim probleminin həll olunması üçün ölkənin 2030-cu ilədək 348 milyard dollara ehtiyacı var.

Natiq əlavə edib ki, təkcə 2022-ci ildə ölkədə baş verən daşqınlar 33 milyon insanın bu və ya digər şəkildə zərər çəkməsi ilə nəticələnib. O eyni zamanda iqlim strategiyasından gözləntilərini də açıqlayıb:


“Bu vəsait 2050-ci ilə qədər ağıllı şəhər konsepsiyasının reallaşması, innovativ maliyyələnşmə mexanizmlərinin tətbiqi, habelə ölkənin bu sahədəki digər hədəflərinin reallaşmasına xərclənəcək, eyni zamanda marginal qruplara yönələn inklüziv iqlim siyasətinin inkişafı, eləcə də dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına sərf olunacaq”.

Pakistanın maliyyə naziri Muhammed Aurangzeb isə dayanıqlı inkişaf məqsədlərinin reallaşması üçün yol xəritəsinin razılaşdırılmasını təklif edib. O deyib ki, müxtəlif maliyyə alətlərindən istifadə, eləcə də iqlim dayanıqlığının təmin olunması yolu ilə bu sahədə irəliləyiş əldə etmək olar

Избранный
65
apa.az

1Источники