RU

Əl-Cəzirə: Qəzzada bir ayda 20 humanitar yardım işçisi öldürülüb

Son bir ayda Qəzza zolağında ən azı 20 humanitar yardım işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.

Bu barədə \"Əl-Cəzirə” telekanalı \"Save the Children” və \"Oxfam” da daxil olmaqla səkkiz təşkilatdan ibarət qrupun hazırladığı hesabata istinadən məlumat yayıb.

Sənədə əsasən, bu il oktyabrın 10-dan noyabrın 13-dək Qəzza zolağında fəaliyyət göstərən xeyriyyə və humanitar təşkilatların azı 20 əməkdaşı İsrail ordusunun hava hücumları və atəşə tutulması nəticəsində həlak olub.

\"Onlar öz evlərində, qaçqın düşərgələrində və humanitar yardımın çatdırılması zamanı həlak olublar\", - deyə hesabatda bildirilir.
Избранный
4
1
azxeber.com

4Источники