RU

Ranyeri İtaliya nəhəngində - RƏSMİ

İtaliyanın “Roma” klubunda yeni baş məşqçi təyinatı reallaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı paytaxt klubun mətbuat xidməti açıqlayıb.

“Canavarlar” italiyalı mütəxəssis Klaudio Ranyeriyə tapşırılıb. O, yeni komandası ilə cari mövsümün sonuna qədər anlaşıb. Bildirilib ki, təcrübəli mütəxəssis mövsümün sonunda klubda icraçı postlardan birini tutacaq və bütün idman məsələləri üzrə məsləhətçi olacaq. Gələcək məşqçi axtarışları növbəti aylarda davam edəcək. Klaudio da bu qərarın qəbul olunmasında iştirak edəcək.

Romada anadan olan Ranyeri 1973-74 mövsümündə oyunçu kimi paytaxt klubunda çıxış edib. O, müxtəlif illərdə iki dəfə (2009-2011 və 2019-cu illərdə) komandanın baş məşqçisi olub. 73 yaşlı mütəxəssis A Seriyasından başqa, Premyer Liqa, La Liqa və Liqa 1-də çalışıb, 2016-cı ildə “Lester”in baş məşqçisi kimi ölkə İngiltərə çempionluğunu qazanıb.

Избранный
52
fanat.az

1Источники