RU

Balidə vulkan püskürməsindən sonra hava hərəkəti bərpa olunub

Flores adasında vulkan püskürməsi nəticəsində yaranan müvəqqəti gecikmələrdən sonra Bali adasında uçuş əməliyyatları normallaşıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə İndoneziyanın Turizm Nazirliyi məlumat yayıb.

 

“Bugünkü uçuşlar əsasən gecikmə olmadan həyata keçirilib. Vulkanik aktivliyə görə heç bir gecikmə və ya ləğvetmə baş verməyib”, - deyə məlumatda bildirilir.

 

Turizm Nazirliyindən verilən məlumata görə, gecikmələrin pik həddi noyabrın 13-də baş verib.

 

İndoneziyanın turistlər üçün nəzərdə tutulmuş Flores adasındakı Levotobi Laki-laki vulkanı noyabrın 4-nə keçən gecə püskürməyə başlayıb. Püskürmə 2 km hündürlüyə külün atılması ilə müşayiət olunub. Yaxınlıqdakı yaşayış məntəqələrində bir neçə yanğın hadisəsi baş verib. Hazırda vulkanın fəaliyyəti davam edir.

 

Bildirilib ki, kül Baliyə çata bilər. Bu fonda aviaşirkətlər İndoneziyaya və İndoneziyadan beynəlxalq reysləri kütləvi şəkildə ləğv edir;

 

Noyabrın 14-də məlum olub ki, rusiyalı turistlər Bali adasında vulkan püskürməsi səbəbindən hava limanında uçuşların bərpasını gözləyirlər; Turistlərdən birinin dediyinə görə, o, ikinci gündür ki, uça bilmir və Denpasar hava limanında gecələyir. O əlavə edib ki, gözləyənlərə otel, su və yemək verilməyib.

 

Əvvəllər turistlər Elbrusda kanatda ilişib qalırdılar.

 

Nigar

Избранный
74
13
oxu24.com

10Источники