RU

Şevçenko dövlətə xəyanətdə İTTİHAM OLUNUR

Ukraynada diktatura və qanunsuzluqdan danışan Ali Radanın deputatı Yevgeni Şevçenko dövlətə xəyanətdə ittiham olunub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DSB) "Telegram" kanalında məlumat verilib.

Departament deputatın ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə xələl gətirdiyini bildirib.

“Hərtərəfli psixoloji, linqvistik və hərbi ekspertiza ilə təsdiqləndiyi kimi, deputat Rusiyanın tammiqyaslı işğalı başlamazdan əvvəl Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə zərbə vurmağa başlayıb. Belə ki, o, 2021-ci ildə Belarus Respublikası ərazisindən Rusiya Federasiyasına genişmiqyaslı işğal təhlükəsinin olmaması barədə yalan məlumat yayıb”, - deyə rəsmi məlumatda bildirilir.

Избранный
59
22
publika.az

10Источники