Demokrat.az xəbər verir ki, qorxu və stressə dözə bilməyən panda balası həyatını itirib. Böyük Britaniyanı təşkil edən 4 millətdən biri olan Şotlandiyanın Edinburq Zooparkında baş verən hadisədə qırmızı panda balasının atəşfəşanlıq səsindən yaranan qorxudan öldüyü ifadə edilib.
Zooparkın bəyanatında deyilir: “Biz nəsli kəsilməkdə olan qırmızı panda balamız Roksinin şənlik gecəsində ölümündən sonra atəşfəşanlığa daha sərt məhdudiyyətlər qoymağa çağırırıq”.
Əfsanə Kamal
Demokrat.az