RU

Ermənistan Konstitusiyasını dəyişdirəcək?

Paşinyan yalanın min bir növünü düşünür. İndi də deyib ki, ölkəsi konstitusiyanı dəyişməyəcək. Ona görə ki, orada Azərbaycana qarşı hər hansı ərazi iddiası yoxdu.


News365.az xəbər verir ki, Paşinyan Ermənistan Konstitusiya Məhkəməsinin də təsdiq etdiyi kimi, Dağlıq Qarabağla bağlı konstitusiyada birbaşa və ya dolayı müddəaların olmadığını vurğulayıb. O qeyd edib ki, 1991-ci ildə qəbul edilən müstəqillik bəyannaməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi göstərilsə də, bu konstitusiyada əks olunmayıb. Paşinyan əlavə edib ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var, lakin İrəvan bu məsələni qaldırmır. Rəsmi Bakı isə belə iddiaların olmadığını bir neçə dəfə bəyan edib.


Görünən odur ki, Ermənistan sülh istəmir. Yeni yalanlar uydurmaqla zaman qazanmaq istəyir. Zamansa onların ziyanına işləyir. Özləri bilməsə də bu belədi.

Избранный
60
news365.az

1Источники