RU

Putin müharibə yaralıları üçün ödənişləri kəskin şəkildə azaldır...

...Rusiya Federasiyası hökuməti Vladimir Putinin tapşırığı ilə Ukraynaya qarşı müharibədə yaralananlara verilən ödənişləri kəskin şəkildə azaldıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Rusiya hökumətinin saytına istinadən xəbər verir.

Deməli, bu günə qədər rus əsgərinə hər hansı xəsarətə görə 3 milyon rubl (təxminən 100 min dollar-A.B.) ödənilirdi.

Amma indi Rusiya hökuməti üç səviyyəli şkala tətbiq edib ki, bu miqyasda kompensasiya məbləği zədənin ağırlığından asılıdır.

Sənəddə deyilir ki, ən ağır yaralılar əvvəllər bütün yaralı əsgərlərə zəmanət verilmiş 3 milyon rubl almağa davam edəcəklər.

Orta dərəcəli xəsarətlərə görə ödəniş 1 milyon rubla, yüngül xəsarətlərə görə isə 100 min rubla (cəmi min dollar-A.B.) endirilib.

Bloomberg-in qeyd etdiyinə görə, Putinin qohumu və müharibə nazirinin müavini Anna Tsivileva bu ayın əvvəlində Moskvada xəstəxanaya baş çəkdikdən və bu ideyanı irəli sürən əsgərlər və həkimlərlə görüşdükdən sonra təzminatın necə daha ədalətli bölüşdürülməsi məsələsini qaldırıb.

...Yaralılara ödənişlər Moskvanın müharibə xərclərinin böyük hissəsini təşkil edir.

War On The Rocks analitik platformasının müəlliflərinin fikrincə, 2024-cü ilin mayına olan məlumata görə, yaralılar üçün birdəfəlik ödənişlər 900 milyard rubl təşkil edəcək.

Qeyd edilməlidir ki, bu məlumatlar Fransa və Böyük Britaniyadan alınan məlumatlara əsaslanır.

Deməli, həmən məlumtlara görə, may ayına qədər 400 min nəfərin təşkil etdiyi yaralıların 100 mindən çoxu ölüb. Ölənlərin ailələri təxminən 14 milyon rubl (Lada Kalina üçün... VAZ-1117, VAZ-1118, VAZ-1119, VAZ-2192, VAZ-2194 indeksi ilə də tanınır-A.B.) alırlar.

Ölənlər üçün ödənişlər ən azı 1,4 trilyon rubl təşkil edəcək. Ümumilikdə, məbləğ 2,3 trilyon rubla çatacaq ki, bu da Rusiyanın 2024-cü il büdcəsinin 6 faizini təşkil edir.

Əli Babayev

Избранный
61
sia.az

1Источники