RU

Avropada ƏDV fırıldaqçılığı: 520 milyon avroluq aktivlərə həbs qoyulub

Avropa İttifaqına üzv bəzi ölkələrdə vergi fırıldaqçılığı və çirkli pulların yuyulmasına qarşı birgə əməliyyat həyata keçirilib. SİA xəbər verir ki, Avropa İttifaqı Prokurorluğunun (EPPO) Milan və Palermo ofislərinin İtaliya maliyyə polisi ilə birgə apardığı “Moby Dick” adlı istintaq çərçivəsində İtaliya və İspaniya, Lüksemburq, Çexiya, Slovakiya, Xorvatiya, Bolqarıstan və Kipr kimi ölkələrdə 160 təhqiqat aparılıb. Ümumilikdə 200 fiziki şəxs və 400-dən çox şirkət araşdırılıb.

Məlum olub ki, 2020-2023-cü illər ərzində 1,3 milyard avroluq saxta hesab-faktura hazırlanıb. Ümumilikdə 520 milyon avro dəyərində aktivlərə həbs qoyulub. Təkcə İtaliyada 129 bank hesabı dondurulub, 192 daşınmaz əmlak, 44 lüks avtomobil və yaxta müsadirə edilib.

Saxlanılan 47 nəfərdən 34-ü həbs olunub, 9-u ev dustaqlığına buraxılıb, 4-ü barəsində digər tədbirlər görülüb. Həbs olunanlar arasında 4 Çexiya vətəndaşı, eləcə də Niderland, İspaniya və Bolqarıstan vətəndaşı var.

İtaliyanın Baş naziri Ciorcia Meloni bir sıra Avropa İttifaqı dövlətlərində yayılmış böyük ƏDV fırıldaqçılığına qarşı həyata keçirilən əməliyyata görə İtaliya maliyyə polisinə təşəkkürünü bildirib. Hökumət başçısı bildirib ki, bu uğur İtaliya maliyyə polisinin fədakarlığını və hökumətin əsas prioritetlərindən olan vergidən yayınma ilə mübarizədə qəti öhdəliyini təsdiqləyir.

Избранный
64
1
sia.az

2Источники