RU

Amsterdamda Firəngiz Əlizadənin əsərinin premyerası olub

Niderlandın paytaxtı Amsterdamda onuncu beynəlxalq “Cello Biennale Amsterdam” festivalında Firəngiz Əlizadənin “ŞÖVQ” adlı yeni əsərinin premyerası olub. Amsterdamın Sinfonietta orkestrinin sifarişi ilə xüsusi olaraq “Х Cello Biennale Amsterdam” üçün yazılmış violonçel konserti Vyanadan olan gənc virtuoz Kian Soltani tərəfindən ifa edilib. SİA xəbər verir ki, Firəngiz Əlizadənin əsərinin premyerası böyük uğurla keçib. Müəllif və solist tamaşaçıların alqışları ilə dəfələrlə səhnəyə çıxıb. Konsertdə həmçinin Amsterdam Sinfonietta musiqiçiləri Firəngiz Əlizadənin Amerikanın “Kronos” kvarteti üçün yazdığı məşhur “Dance” əsərini möhtəşəm şəkildə ifa ediblər.

“Cello Biennale Amsterdam” festivalı haqqında məlumat verən çoxsaylı nəşrlər və musiqi jurnallarında Firəngiz Əlizadənin həyat və yaradıcılığına dair materiallar dərc olunub. Onu “müasir akademik musiqinin canlı klassiki” adlandırıblar. “De Nieuwe Muze” jurnalına müsahibəsində Firəngiz Əlizadə Azərbaycanın zəngin musiqi ənənələrindən, peşəkar musiqinin banisi Üzeyir Hacıbəylidən və onun bənzərsiz “Leyli və Məcnun” operasından danışır.

ARTE Avropa televiziya proqramında da Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin yeni əsərinin premyerasına böyük diqqət yetirildiyi bildirilib, “Х Cello Biennale Amsterdam” haqqında süjet nümayiş olunub.

Избранный
74
1
sia.az

2Источники