RU

“AzInTelecom”un keçmiş rəhbərinin ölkədən çıxışına qadağa qoyulur

Əvvəllər “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Tağızadə Tağı Xalid oğlunun ölkədən çıxışı məhdudlaşdırılır.

 

Pravda.az-ın xəbərinə görə, T.Tağızadə ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

 

Mahiyyəti xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). 

 

İş Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2024, 08:20   
Избранный
67
pravda.az

1Источники