RU

Türkan Hüseynin iki filmi post-prodakşn mərhələsindədir

Üç illik çəkiliş prosesindən sonra rejissor Türkan Hüseynin “Bir şam yandır” tammetrajlı sənədli filmi post-prodakşn mərhələsinə keçib.

Kulis.az xəbər verir ki, Qusar rayonunun İmamqulu kəndində çəkilən filmin mövzusuna əsasən, tarix müəllimi Suğra şəhərin səs-küylü həyatından bezərək kəndə köçüb bir sıra çətinliklərə sinə gərməyi üstün tutur. Müəllimin burada da kəndin adət-ənələrindən dolayı problemləri yaranır. Belə ki, o, şagirdlərinə kənddə qadınlara qarşı qoyulan ənənəvi qadağalardan çıxış yolları tapmaqda kömək etmək istəyir.

Hekayənin mərkəzində hadisələr dramatikləşərkən Suğra müəllim ilə aktyor olmaq arzusuyla yaşayan şagirdi İsanın yolları kəsişir. Filmdən aydın olur ki, İsa ailə və cəmiyyətin tabuları ilə mübarizə aparan gəncdir. Filmdə şagirdə dəstək olmaq istəyən müəllimin məzuniyyət zamanı yaxınlaşdıqca, İsa arzusunu gerçəkləşdirə biləcəkmi, yoxsa orduda xidmət etməyə məcbur olacaq dilemmasına cavab tapılmasına çalışılır…

Xronometrajı 70 dəqiqə olan film 2022-ci ildə Cinedocda “Qafqazın yeni talantı” mükafatını və prodakşn üçün dəstək qrantını qazanıb. Sözügedən film “Çinar film” tərəfindən istehsal olunur. Prodüserləri Türkan Hüseyn və Emil Nəcəfovdur.

Türkan Hüseynin digər ekran işi “Kapitan və Xəzər dənizi” hibrid sənədli-animasiyasıdır. Xronometrajı 55 dəqiqədən ibarət olan film 20 Yanvar hadisələrindən bəhs edir. Filmin layihəsi Polşada Krakov Beynəlxalq Film festivalı çərcivəsində “CEDOC co-production”da (Central European Documentary Co-Production Market) iştirak edib. Azərbaycan Respublikasının Kino Agentliyininn “Film layihələri müsabiqəsinin” pitçinqində də iştirak edən layihə İctimai TV, Currenttime TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən dəstəklənib.

“Rental Azərbaycan” və “Çinar film”in birgə layihəsi olan “Kapitan və Xəzər dənizi”inin də rejissoru və ssenari müəllifi Türkan Hüseyndir. Filmin prodüserliyini Türkan Hüseyn və Emil Nəcəfov gerçəkləşdiriblər.

Избранный
60
50
kulis.az

10Источники